
Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 37 551 nəfərə çatıb.
525 az "Report" -a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlərin sayı 85 911 nəfərdir.
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.



