https://525.az/img/pics/medium/2025-06/356053_7gd7rl5n50.jpg “525-ci qəzet”in 13 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-06/355951_erorvw1n98.jpg Azərbaycan dünyada ekoloji tarazlığın qorunmasına mühüm töhfələr verir
https://525.az/img/pics/medium/2025-01/340760_6u0p40oexn.jpg Bir gün qəzet çıxmasa... - Şahanə Müşfiq yazır
https://525.az/img/pics/medium/2024-03/306993_dfebvv94fz.jpg Ələkbər Salahzadə poeziyası: şeirdə vizual struktur
search
12 İyun 2025

Levandovski: "Bu, bizim üçün utancvericidir"

Levandovski: "Bu, bizim üçün utancvericidir"

Polşa millisinin hücumçusu Robert Levandovski Avro-2024-ün qrup mərhələsinin 2-ci turunda Avstriyaya 1:3 hesabı ilə uduzaraq pley-offa çıxmaq şanslarını itirdikləri oyundan sonra fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o deyib: "Heç bir xal qazanmadıq və bu, əlbəttə ki, bizim üçün utancvericidir. Biz başa düşürük ki, hər şey səhv getdi. Burada bir çox amillər var idi. Matça pis başladıq, ilk 20 dəqiqədən sonra qol epizodları yaratdıq. Rəqibin cərimə meydançasında olduq".

35 yaşlı hücumçu bildirib ki, buraxılan qol tarazlıqlarını pozub: "Bundan sonra tarazlığımızı saxlamaq bizim üçün çətin oldu. Biz daha çox risk etdik. Rəqibin yaratdığı iki-üç qol epizodu baha başa gəldi”.

Qeyd edək ki, Polşa millisi D qrupunda 0 xalla sonuncu pillədə qərarlaşıb. Milli qrupun son matçında Fransa ilə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.