https://525.az/img/pics/medium/2024-06/317444_8qbnq6tsxm.jpg “525-ci qəzet”in 15 iyun sayında nələr var? - ANONS
https://525.az/../img/pics/medium/63922_1pqcva41dc.jpg TALE KÖHLƏNİ
https://525.az/img/pics/medium/2022-05/226796_z7l4wb8mm8.jpg Fəzlullah Nəiminin şəxsiyyəti və mənəvi irsi haqqında qeydlər
https://525.az/img/pics/medium/2024-06/317215_8ni1o7du5o.jpg Gündəlikdən səhifələr - Səttar Bəhlulzadə - 115
search
15 İyun 2024
14 İyun 2024

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisindən tarixi uğur

Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisindən tarixi uğur

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

QOL.az xəbər verir ki, Azərbaycan idmançıları qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.

Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Anoloji yarışda toplanan xallara görə də özünün ən yaxşı nəticəsini gerçəkləşdirən millimiz ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandı.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.