"Neftçi"nin sabiq üzvü Petr Raku karyerasını başa vurub.
QOL.az xəbər verir ki, son olaraq “Milsami”də çıxış etmiş 36 yaşlı müdafiəçi “Zimbru”, “Nörçöppinq”, “Veris”, “Şerif”, “Petrolul” klublarında da oynayıb.
Qeyd edək ki, Moldova millisinin sabiq üzvü 2019-cu ilin fevralından iyununa qədər “Neftçi”də çıxış edib. Heyətdə möhkəmlənə bilməyən Raku "ağ-qaralar"da cəmi iki oyunda meydana çıxıb.