https://525.az/img/pics/medium/2024-06/318398_50pad0xnem.jpg Atalar və oğullar - Şəhid baş leytenant Səid Rəşidzadənin əziz xatirəsinə
https://525.az/img/pics/medium/2024-06/318377_4ny2e222c9.jpg “525-ci qəzet”in 26 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-06/318382_m3nbfaa6ho.jpeg Çaylarda gözlənilən daşqın və sel ilə bağlı XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
search
26 İyun 2024

Azərbaycan millisi Albaniya ilə heç-heçə etdi

Azərbaycan millisi Albaniya ilə heç-heçə etdi

Albaniyanın Dürres şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.

525.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində “Eqnatia Arena”da meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 13-cü dəqiqədə Əli Qazibəyov vurub.

Qeyd edək ki, Albaniya ilə Azərbaycan milli komandaları arasında ikinci yoldaşlıq görüşü iyunun 19-da keçiriləcək. “Eqnatia Arena”da təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.