
Hindistanda leopard 8 yaşlı qıza hücum edərək onu ölümünə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Khambhar Khera kəndində baş verib.
Anayya Xan adlı uşaq evlərinin yaxınlığındakı şəkər plantasiyasından keçərkən leopard onu tutaraq meşəlik əraziyə sürükləyib. Az sonra valideynləri Anayyanı tapsalar da, o, xəstəxanaya aparılarkən yolda keçinib.
Meşə təsərrüfatı departamentindən uşağın həlak olduğu ərazidə 2 leopardın izlədindiyi və onları tutmaq üçün 2 tələ, bir neçə kamera yerləşdirildiyi bildirilib.
Yeri gəlmişkən, yerli hakimiyyət orqanları qızın ailəsinə 500 min rupi (təxmini 9500 manat) kompensasiya ödəyəcək.
L.Tağıyeva



