|
|
|
|

Qlobal fond bazarlarında əsas indekslər üzrə müsbət dinamika qeydə alınıb.
525.az xəbər verir ki, ABŞ bazarında Dow Jones indeksi 1,62% və ya 790,33 bənd artaraq 49 652,14 bəndə, S&P 500 indeksi 1,02% və ya 73,06 bənd yüksələrək 7 209,01 bəndə, Nasdaq indeksi isə 0,89% və ya 219,07 bənd artaraq 24 892,31 bəndə çatıb. Eyni zamanda, NYSE Composite indeksi 1,73% (393,13 bənd) artaraq 23 144,64 bəndə, S&P/TSX indeksi isə 1,94% (645,94 bənd) yüksələrək 33 964,33 bəndə çatıb.
Avropa bazarlarında da artım davam edib. Belə ki, FTSE 100 indeksi 1,62% və ya 165,71 bənd artaraq 10 378,82 bəndə, DAX indeksi 1,41% və ya 337,82 bənd yüksələrək 24 292,38 bəndə, CAC 40 indeksi isə 0,53% və ya 42,71 bənd artaraq 8 114,84 bəndə yüksəlib. Euro Stoxx 50 indeksi 1,12% (65,03 bənd) artaraq 5 881,51 bəndə, IBEX 35 indeksi isə 0,78% (138,20 bənd) yüksələrək 17 781,00 bəndə çatıb.



