|
|
|
|

DÇ-2026-da daha bir oyun başa çatıb.
525.az xəbər verir ki, B qrupunda mundialın meydan sahiblərindən olan Kanada yığması Bosniya və Herseqovina ilə üz-üzə gəlib.
Görüş heç-heçə başa çatıb - 1:1. Jovo Lukiç 21-ci dəqiqədə bosniyalıları hesabda önə keçirsə də, Kayl Larin 78-ci dəqiqədə vurduğu qolla Kanadanı məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, bu qrupunda digər oyununda İsveçrə və Qatar milliləri üz-üzə gələcək.



