|
|
|
|

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə artım müşahidə olunub.
525.az xəbər verir ki, "CoinMarketCap" platformasında bazarın kapitallaşması son 24 saatda 2,27% artaraq 2,65 trln. dollar olub.
“Bitcoin”in qiyməti 2,31% artaraq 80 017,54 dollar təşkil edib. Son 7 gündə isə aparıcı kriptovalyutanın qiyməti 2,51% yüksəlib.
“Ethereum” 3,38% bahalaşaraq 2 380,32 dollara, BNB 2,60% bahalaşaraq 632,17 dollara, “Bitcoin Cash” 1,07% dəyər qazanaraq 448,63 dollara bərabər olub.



