|
|
|
|

DÇ-2026-nın qrup mərhələsi davam edir.
Futbolxeber.az saytının məlumatına görə, mundialda daha 3 görüş keçirilib.
C qrupunda isə Braziliya Mərakeşlə üz-üzə gəlib. 90 dəqiqə ərzində qalib aşkarlanmayıb .
Günün digər matçında Haiti Şotlandiya ilə qarşılaşıb. Görüş avropalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə yığması da DÇ-2026-da ilk oyununa çıxıb. Vinçenso Montellanın komandası D qrupunda Avstraliya ilə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın məğlubiyyəti ilə başa çatıb.
DÇ-2026
14 iyun
C qrupu
Braziliya - Mərakeş - 1:1
Qollar: İsmael Saybari, 21 (0:1), Vinisius Junior, 32 (1:1)
Haiti - Şotlandiya - 0:1
Qol: Con Makqin, 28
D qrupu
Avstraliya - Türkiyə - 2:0
Qollar: Nestori İrankunda, 7, Konnor Metcalfe, 75



