Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində folklor kollektivlərinin ənənəvi baxış-müsabiqəsi və "Novruz gözəli-2015" müsabiqəsinin yekun turu keçirilib.
Fevralın 15-dən başlayan zona turlarında münsiflər heyəti tərəfindən seçilən mədəniyyət evləri və klubların 17 folklor kollektivi və 12 gənc qız qatılıb.
Folklor kollektivlərinin baxış müsabiqəsində Qax şəhər 2 nömrəli mədəniyyət evinin kollektivi birinci, Zəyəm kənd mədəniyyət evinin kollektivi ikinci, İlisu kənd mədəniyyət evinin kollektivi isə üçüncü yerə layiq görülüb.
"Novruz gözəli-2015" müsabiqəsində isə Həlimə Məhərrəmli I, Məryəm Şabanova II, Nazpəri İbrahimova III yeri tutublar. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
S.ABDULLAYEVA