|
|
|
|

Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, axtarışlara Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, aprelin 7-də Xəzərin Azərbaycan sektorunda üç balıqçı itkin düşüb. FHN-in dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıb.



