|
|
|
|

Bakıda avtodayanacaqda yanğın baş verib.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.



