Daxili İşlər Nazirliyi (DİN) “Azərfon”un ofisində baş verən uçqunla bağlı məlumat yayıb.
525.az-ın DİN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 30-da paytaxtın Nizami rayonu ərazisində yerləşən “Azərfon” MMC-nin yeməkxanasının asma tavanının bir hissəsi uçub.
Nəticədə orada aşbaz işləyən Bakı şəhər sakini Saleh Çambaşırova xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.