|
|
|
|

Tanınmış aktyor, istedadlı rejissor, xalq artisti Ramiz Əzizbəylinin səhhəti pisləşib.
Bu haqda Modern.az-a xalqı artistinin keçmiş tələbəsi Kərim Kərimli məlumat verib:
“Hazırda Ramiz Əzizbəylinin vəziyyəti çox ağırdır. Hamıdan xahiş edirəm ki, onun üçün əlimizdən gələni edək ”.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi.
Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb.



