|
|
|
|

“Bakı Şəhər İcra Hakimiyyəti mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək Gül bayramına dəvət edir”.
Bunu deyən Bakı meriyasının mətbuat xidmətinin rəhbəri Nailə Məmmədovanın Modern.az saytına verdiyi məlumata görə, Gül bayramı mayın 10-da keçiriləcək:
“Bayram tədbiri Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək və həmin gün saat 21:00-da Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziyası tərəfindən bayram konserti və atəşfəşanlıq təşkil ediləcək”.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bayram şənliklərində iştirak etməyə dəvət edir.



