|
|
|
|
Mayın 6-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin müstəntiqi Sənan Paşayev “Azadlıq” radiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb.
Təhvil-təslimdə “Azadlıq” radiosunun təmsilçisi vəkil Adil İsmayılov və Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edib:
“Düzdür qapıya vurulan möhür açılıb, amma bundan sonra hansı addım atılacaq, yenidən işləyib-işləməyəcəyimizi deyə bilmərəm. Bunun üçün bir az gözləmək lazımdır”.
Möhürün açılması prosesində iştirak edən digər şəxs, hüquqşünas Adil İsmayılov isə deyib ki, uyğun bir zamanda büro rəhbərliyi özü açıqlama verəcək.
Prokurorluq əməkdaşları ötən il dekabrın 26-da “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləmişdilər.
“Azadlıq” radiosunun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında - “Caspian Plaza”da yerləşirdi.
“Caspian Plaza”nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini deyərək əşyaların ofisdən çıxarılmasını xahiş edib.
Modern.az