Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas 2015”) ilə tanış olublar.
APA-nın xəbərinə görə, dövlət başçısı və xanımı öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) stendini nəzərdən keçiriblər.
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə və SOCAR prezidenti Rövnəq Abdullayev stend barədə məlumat veriblər.
Prezident və xanımı BP-nin stendinə də baş çəkiblər.