"Facebook"dakı "Kitabsevərlər" qrupu və "Bakumoz" kitab mərkəzinin birgə təşkilatçılığı ilə gənc şairlərin şeirlərindən ibarət "Bir nəfəsə sığışmaq" antologiyası işıq üzü görüb.
525.az-ın məlumatına görə, 30 müəllifin toplam 111 şeirindən ibarət olan antologiyanın təqdimatı 7 iyun saat 14:00-da "Bakumoz" kitab evində baş tutacaq.
Məlumat üçün qeyd edək ki, kitabın qiyməti 4 manatdır.
Bundan başqa xatırladaq ki, sözügedən qrup oxşar layihələr çərçivəsində 5 kitabı artıq oxucuların ixtiyarına verib.