Bakıda keçirilən Birinci Avropa Oyunlarında bütün yarışlar başa çatıb.
Qol.Az-ın məlumatına görə, Azərbaycan medal siyahısında 2-ci yeri tutub. İdmançılarımız ümumilikdə 56 medal (21 qızıl, 15 gümüş, 20 bürünc) qazanıblar.
Birinci Avropa Oyunlarında ən çox medal qazanan ölkə Rusiya olub - 79 qızıl, 40 gümüş, 45 bürünc medal.
Böyük Britaniya ilk üçlüyü tamamlayıb - 18 qızıl, 10 gümüş, 19 bürünc.