https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/308903_sm7wnbl92x.jpg COP29 həm ekologiyaya, həm də sülhə böyük töhfə olacaq
https://525.az/img/pics/medium/2024-05/314057_9pocsg299r.jpg Roman güzgüsündəki tarixi həqiqətlər
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg İki paradoks - Əlisəfdər Hüseynov yazır
search
17 May 2024

Dodo: "Qrupdan çıxmaq şansımızı itirməmişik"

Dodo: "Qrupdan çıxmaq şansımızı itirməmişik"

"Qəbələ"nin kapitanı Dodo Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Dortmund "Borussiya"sına 1:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin  suallarını cavablandırıb.

Qol.Az-ın məlumatına görə, brazilyalı hücumçu əvvəlcə rəqibin çox güclü olmasından və oyunun çətinliyindən danışıb:

“Hər şeydən əvvəl qeyd etməliyəm ki, rəqib təkcə Almaniyanın deyil dünyanın ən güclü komandalarından biri idi. Təbii ki, belə rəqibə qarşı oynamaq asan deyil”.

- Amma birinci hissənin əvvəlində "Borussiya"nı həyəcanlandırmışdınız.

- Bəli, təəssüf ki, qol imkanlarından yararlana bilmədik. İlk hissəyə nisbətən matçın ikinci yarısında əks hücumlara çıxmağa çalışırdıq. Hücumda topu özümüzdə saxlaya bilmədiyimz vaxt məcburən hamılıqla geri qayıtmalı olurduq. Ona görə də çox güc sərf edirdik. Bu da ikinci hissədə oyunumuza təsir etdi.

- Əlinizə düşən imkanlardan yararlana bilsəydiniz, nəticə başqa cür olardı?

- Əlbəttə, oyun da, nəticə də fərqli ola bilərdi. Əgər o epizodlarda  fərqlənə bilsəydik, psixoloji üstünlük bizim tərəfimizdə olacaqdı və biz rahat oynayacaqdıq. Əlimizə düşən imkanlardan yararlana bilmədik və əvəzində rəqib bizi məyus etdi. Bundan sonra hər şey çətin oldu.

- Bu məğlubiyyətdən sonra "Qəbələ”nin qrupdan çıxmaq şansı nə dərəcədədir?

- Hələ heç nə itirməmişik. Qarşıda üç oyunumuz var. Bu matçlarda qələbə qazanıb itirdiyimiz xalları geri qaytara bilərik.

- Təsəlli qolu da olsa vura bildin.

- Qol vurmaq hər bir futbolçu üçün xoşdur. Amma bu qol oyunun nəticəsinə təsir etməyibsə, xüsusi önəmi yoxdur.

- Amma qol sevincini çılğınlıqla qeyd etdin...

- Əlbəttə, "Borussiya”ya qol vurduğuma görə sevindim. Amma yaxşı olardı ki, bu qol komandama xal qazandırardı. Onda mənim üçün daha əhəmiyyətli olardı.

- Obameyanq meydanda istədiyini edə bilirdi. Onun qarşısını almaq çətiniydimi?

- Heç bir futbolçunu fərqləndirmək istəmirəm. Sadəcə, Avropa Liqasında Rəqibə nisbətən  təcrübəmiz azdır. Bu baxımdan biz hələ gənc komandayıq. Zamana ehtiyacımız var.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.