Bu gün Qol.Az saytının fəaliyyətə başlamasından yeddi il ötür.
2008-ci il, noyabrın 17-də oxucularla ilk görüşə gələn sayt qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
Qol.Az bu yeddi il ərzində Azərbaycanın ən çox oxunan idman portallarından birinə çevrilib. Sayt 2013-cü ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
Portal Azərbaycan və dünya idmanı, xüsusilə də futbol haqda son xəbərlər yayımlamaqdadır. Gün ərzində on minlərlə oxucu xəbər əldə etmək üçün məhz Qol.Az-ı seçir.
"5 Media" şirkətinə məxsus olan Qol.Az brendi tezliklə yeni layihələri ilə izləyicilərini sevindirəcək.
P.S. "525-ci qəzet"in kollektivi də sayt əməkdaşlarını təbrik edir, onlara uğurlar arzulayırlar.