https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

Güləş Federasiyası ilin ən yaxşılarını mükafatlandırdı

Güləş Federasiyası ilin ən yaxşılarını mükafatlandırdı

Azərbaycan Güləş Federasiyası (AGF) 2015-ci ilin yekunlarına həsr olunmuş mərasim keçirib.

AZƏRTAC xəbər verir ki, il ərzində qazandığı nailiyyətlərə görə, ən yaxşılar mükafatlandırılıb.

İlk olaraq, tədbir iştirakçılarını salamlayan AGF-nin baş katibi Əjdər Cəfərov federasiya rəhbərliyi adından qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımızı təbrik edib. Yola saldığımız ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu deyən baş katib ölkəmizin birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirdiyini vurğulayıb. Bildirib ki, bu il güləşçilərimiz üçün də uğurlu olub. Yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə dünya kubokuna sahib çıxıb. Güləşçilərimiz ilk Avropa Oyunlarında 15 medal, dünya çempionatında isə yay Olimpiya Oyunlarına 11 lisenziya qazanıblar. Ötən ili 294 medalla başa vuran pəhləvanlarımız, bu il daha çox, 328 medalla idman həvəskarlarını sevindiriblər.

Baş katib deyib: “Təbii ki, qazanılan bütün bu uğurlar Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana, o cümlədən, güləşə göstərdiyi daimi qayğının nəticəsidir. Ölkə başçısının çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması məsuliyyətimizi daha da artırır. İldən-ilə uğurlarımızın sayı da çoxalır. 2016-cı il də bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki qarşıda bizi Yay Olimpiya Oyunları gözləyir. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov güləşçilərin qarşısına Rio-de-Janeyroda ən azı London Olimpiadasındakı uğuru təkrarlamaq, xalqımızı daha böyük qələbələrlə sevindirmək tapşırığı qoyub. Hazırlıq planımız da bəllidir. Federasiyanın birinci vitse-prezidenti, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin daimi nəzarəti ilə güləşçilərimiz məşqləri davam etdirir. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək”.

Sonra il ərzində qazandığı nailiyyətlərə görə “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı məşqçisi” və “İlin ən yaxşı hakimi” nominasiyalarında qaliblərin adları açıqlanıb. Yunan-Roma güləşində ilin idmançısı Avropa Oyunları və dünya çempionatının qalibi Rəsul Çunayev seçilib. Sərbəst güləşdə isə sözügedən nominasiyanın qalibi ikiqat dünya çempionu Hacı Əliyev olub. Qadın güləşçilərimizdən yığma komandanın kapitanı Mariya Stadnik də “İlin ən yaxşı idmançısı” kimi mükafatlandırılıb. İlin ən yaxşı məşqçisi adına yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Cəmşid Xeyrəbadi layiq görülüb. Nəhayət, “İlin ən yaxşı hakimi” beynəlxalq dərəcəli hakim Asif Şirəliyev seçilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.