https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

"Devalvasiya ilə bağlı sıxıntılarımız var, amma..."

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun müsahibəsi

"Devalvasiya ilə bağlı sıxıntılarımız var, amma..."

- 2015-ci ili necə dəyərləndirirsiniz?

- Bu il çox şərəfli, uğurlu oldu. Güləşçilərimiz yeni tarix yazdılar. Xüsusən, yunan-Roma güləşçilərimizin Dünya Kubokunun sahibi olması çox böyük uğur idi. Ən əsası, "Bakı 2015" I Avropa Oyunlarında hər üç komandamızın yüksək səviyyəli çıxışı hazırlıq proseslərimizin düzgün istiqamətdə olduğunu sübuta yetirdi. 2015-ci ilin ən əsas yarışlarından olan dünya çempionatında yığma komandalarımız ölkəmizin müstəqillik tarixində ilk dəfə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 11 lisenziya əldə etdi. Hər bir idmançımız əzmlə mübarizə aparır. Təbii ki, qazanılmış uğurlara görə, Prezident İlham Əliyevə borcluyuq. Çünki onun idmana göstərdiyi qayğı nəticəsində uğurlu nəticələr qazanılır.

- 2016-cı il daha məsuliyyətli il olacaq...

- Bizi gələn il daha gərgin yarışlar gözləyir. Çünki Yay Olimpiya Oyunları olacaq. "London-2012"də güləşçilərimiz uğurla çıxış etmişdi. Federasiyamızın prezidenti Fazil Məmmədov yalnız yüksək əyarlı medallar qazanmaq və himnimizi dəfələrlə səsləndirmək vəzifəsi qoyub. Biz də federasiya olaraq, bu diqqət və qayğının məsuliyyətini gözəl anlayırıq. Ümid edirəm ki, ən azı, Londondakı nəticəni təkrarlayacağıq. Ola bilsin, nəticələr ondan da yüksək olsun. Bunun üçün yığma komandalar tam formalaşıb və təlim-məşq toplanışı keçirlər. Üstəlik, yaxın 2-3 ay ərzində beynəlxalq turnirlərdə ən yüksək pillələrdə qərarlaşanlar Olimpiya heyətinə daxil ediləcəklər.

- Bu il baş tutmuş yarışlarda ümidləri doğrultmayanlar kimlər oldu?

- Konkret desək, dünya çempionatında yunan-Roma güləşində 98 kq çəkidə Orxan Nuriyevdən uğur gözləyirdik, amma alınmadı. Sərbəst güləşdə 74 kq-da dəfələrlə çempion olmuş güləşçimiz Cəbrayıl Həsənovdan nəticə gözləyirdik. Ancaq bu, idmandır, tam proqnoz vermək çox çətindir. Ümid edirəm ki, onlar qarşıdan gələn lisenziya xarakterli beynəlxalq turnirlərdə öz qüvvələrini sınayıb Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

- Artıq "Rio-2016"ya müəyyən qədər lisenziya təmin olunub. Martda keçiriləcək Avropa çempionatına ola bilər ki, ikinci nömrələri göndərəsiniz?

- Ola bilər. Federasiyamızın I vitse-prezidenti Namiq Əliyevin xüsusi təsdiqlədiyi plan var. Bu plana uyğun olaraq hər güləş növündə 3 bərabər idmançı saxlayırıq ki, onlar həm Avropa çempionatı, həm də Dünya Kuboku yarışlarında iştirak etsin. Bu il Olimpiya Oyunları olacağından, Rioya yollanacaq idmançıları dəqiqləşdirmişik. Onlara istirahət verəcəyik və ikinci nömrələri Avropa çempionatı və Dünya Kubokuna göndərəcəyik.

- Şərif Şərifov son zamanlar niyə zəif təsir göstərir?

- Çəkisini dəyişib. Hələ tam adaptasiya oluna bilmir. Bir də olimpiadaya yollanmağa real namizəd olduğundan, çox yüklənmir.

- Baş verən son proseslər, yəni devalvasiya federasiyanıza necə təsir edir?

- Problemimiz yoxdur. Sıxıntılarımız var, amma bu, o dərəcədə deyil. Yığma komandalar, təlim-məşq toplanışları, vitaminləşdirmə, Bakıda çalışan xarici mütəxəssislərlə bağlı və digər məsələlər necə var, elə də davam edir. Bu, dünyada gedən iqtisadi prosesdir və ölkəmizə də təsir edib. Ancaq güləşdə problemimiz yoxdur.

- Xarici mütəxəssislərlə də çalışırsınız. Onlarla yeni maliyyə vəziyyəti ilə bağlı söhbət etmək fikriniz varmı?

- Onlar bizdə müqavilə əsasında işləyirlər. Üstəlik rəhbərlik, federasiya prezidenti necə desə, gələn ildən o istiqamətdə də işlər görüləcək. Ümumiyyətlə, elə də problem yoxdur. Hər şey öz qaydasındadır.

- Büdcə əvvəlki kimidir?

- Bəli, normaldır. Deyə bilmərəm ki, əvvəlki kimi qalacaq, ya yox. Amma bu gün problemimiz yoxdur. Sərbəst şəkildə idmançıları yarışlara, təlim-məşq toplanışlarına yollayırıq.

"Report"

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.