https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

Ardanın “Barsa”da debütü təxirə düşdü

Ardanın “Barsa”da debütü təxirə düşdü

Türkiyə millisinin futbolçusu Arda Turanın bu gün “Barselona”da gözlənilən rəsmi debütü baş tutmayacaq.

Qol.Az-ın xəbərinə görə, onun komandası La Liqanın 18-ci turunda “Espanyol”u qəbul edəcək. Ardanın bu matçda meydana çıxacağı gözlənilirdi. Goal.com saytı yazır ki, həm Arda, həm də digər yeni transfer Vidalın rəsmi sənədləşdirmə işləri İspaniya Futbol Federasiyasının yanvarın 1-də bayrama görə işləməməsi səbəbindən həyata keçirilməyib.

Ardanın “Barsa”da birinci rəsmi oyuna yanvarın 6-da elə həmin “Espanyol”la kubok matçında meydana çıxacağı gözlənilir.

“Barselona”nın baş məşqçisi Luis Enrike dünən jurnalistlərə bildirib ki, tezliklə onlar Arda və Vidalın debütünü görəcəklər: “O zaman biz biləcəyik ki, bu iki futbolçu komandamıza necə uyğunlaşıb”.

Qeyd edək ki, ötən yay “Atletiko”dan “Barselona”ya keçən Arda FİFA tərəfindən Kataloniya klubuna tədbiq edilən transfer cəzası səbəbindən  yeni komandasında bir rəsmi oyunda belə iştirak edə bilməyib. “Barselona”ya tədbiq edilən cəzanın müddəti 2016-cı ilin yanvarın 1-də başa çatıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.