https://525.az/img/pics/medium/2024-05/312583_dvmmzxd3jv.jpg Fransa Ukraynaya əsgər göndərdi
https://525.az/img/pics/medium/2024-05/312579_gcv8trtyhy.jpg Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
search
6 May 2024
5 May 2024
4 May 2024

Ronaldo: "Karyeramı başa vurduqdan sonra..."

Ronaldo: "Karyeramı başa vurduqdan sonra..."

"Əvvəlcə futbol oynamamaq çox çətin olacaq. Ancaq karyeramı başa vurduqdan sonra məşqçi, menecer və ya rəhbər vəzifəsində çalışmaq istəmirəm. Futboldan ayrıldıqdan sonra vaxtımı ailəmə və özümə ayırmağı düşünürəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "Papel"ə açıqlamasında deyib.

Dünyanın ən varlı idmançılarından olan portuqaliyalı futbolçu pulun onun üçün o qədər də önəmli olmadığını bildirib:

"Ən yaxşı işə, avtomobillərə və çox pula sahib olduğumu söyləyə bilərsiniz. Ancaq bu, hər şey demək deyil. Məsələn, şənbə günü Las Vegasda bir boks yarışı var idi. Ailəmlə oraya getmək istədim, ancaq buna nail olmadım. Çünki kifayət qədər vaxtım yox idi. Buna görə də sahib olduğum pulun çox da önəmi qalmır".

Gənc yaşlarından ailəsindən uzaq qalan Ronaldo çətin günlərdən keçərək hazırkı səviyyəyə çatdığını bildirib:

"Ailəmlə normal vaxt keçirmədən 11 yaşımda Lissabona, 7 il sonra isə Mançesterə getdim. Ailəmdən uzaq qalmaq mənim üçün çətin idi, ancaq 11-dən 18 yaşıma qədər həyata dair bir sıra təcrübə qazandım. Bir sözlə, çətin günlər keçirərək hazırkı Ronaldo ola bildim".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.