https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

Hafiz Məmmədovun klubuna yeni müştəri

Hafiz Məmmədovun klubuna yeni müştəri

Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus Fransanın "Lans" klubuna yeni müştəri çıxıb.

"Report"un "France 3"ə istinadən verdiyi məlumata görə, bu, "Century 21 Benelux" elit daşınmaz əmlak şirkətinin baş direktoru Qreqori Makedir.

Belçikalı biznesmen "Lans"ın 2,5 milyon avro borcunu ödəməyə hazırdır. O, həmçinin ilk mövsümündə kluba 15 milyon avro sərmayə qoyacağına söz verib. Q.Make müqavilə ilə bağlı məsələləri yekunlaşdırmaqdan ötrü şəxsən H.Məmmədovla görüşmək niyyətindədir. Görüş gələn həftə baş tuta bilər.

Yeni müştərinin fikrincə, klubun hazırkı sahibi müzakirədə maraqlı olacaq və buna müsbət yanaşacaq. Lakin Fransa və Azərbaycan arasındakı məsafə müzakirələrin daha tez yekunlaşmasına mane ola bilər.

Qeyd edək ki, Hafiz Məmmədov Fransanın "Lans" klubuna 2013-cü il iyulun 4-də sahib olub. Klub növbəti il Fransanın yüksək liqasına vəsiqə qazansa da, maliyyə sıxıntısı üzündən yenidən aşağı diviziona yuvarlanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.