https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

Arda debütündən danışdı: "Messi ilə zarafatım var"

Arda debütündən danışdı: "Messi ilə zarafatım var"

"Təbii ki, ilk oyunlarda müəyyən həyəcan olur. Ancaq çox rahat idim. Matça yaxşı hazırlaşmışdım. Oyun da maraqlı keçdi. Özümü çox yaxşı hiss edirəm".

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Barselona"da ilk rəsmi matçına çıxan komandanın yarımmüdafiəçisi Arda Turan deyib.

İspaniya kubokunun 1/8 final mərhələsinin "Espanyol"la ilk matçında (4:1) debüt edən türkiyəli futbolçu ilk rəsmi görüşündə qələbə qazandığı üçün xoşbəxt olduğunu bildirib:

"Barselona"da dünyanın ən yaxşı futbolçuları çıxış edir. Belədə sən də bir şeylər göstərmək istəyirsən. Bu mənada ilk görüşümdə qalib gəlmək önəmli idi. Hesabda geri düşsək də, sonda qələbə qazandığımız üçün çox xoşbəxtəm. Messi ilə aramızdakı dialoqa gəlincə, onunla zarafatım var. Qoldan sonra da qulağıma zarafatla bir şeylər dedi. Nə söylədiyi isə məndə qalsın".

Qeyd edək ki, FİFA-nın "Barselona"ya tətbiq etdiyi transfer qadağasının aradan qaldırılmasından sonra Kataloniya təmsilçisində debüt edən Arda "Espanyol"la matçda 68 dəqiqə oynayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.