https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

Blatterin təsis etdiyi mükafat ləğv edildi

Blatterin təsis etdiyi mükafat ləğv edildi

FİFA 2015-ci ilin ən yaxşı futbolçusunun təltif olunma mərasimində verilən Prezident mukafatını ləğv edib.

"Report"un məlumatına görə, buna ali futbol qurumunun keçid dövründə olması səbəb göstərilib.

Gələn il keçiriləcək mərasimdən etibarən bu praktika bərpa olunacaq. Prezident mükafatı ilk dəfə 2001-ci ildə FİFA-nın sabiq rəhbəri Yozef Blatterin təşəbbüsü ilə təqdim olunub. O vaxtdan mükafata, təşkilat rəhbərinin fikrincə, dünya futbolunun inkişafında ən böyük xidmətləri olanlar sahib çıxıblar.

Qeyd edək ki, 2015-ci il dekabrın 21-də FİFA-nın Etika Komitəsi Yozef Blatter və UEFA prezidenti Mişel Platinini futbolla bağlı istənilən fəaliyyətdən 8 il müddətinə kənarlaşdırıb.

Hazırda ali futbol qurumunda bu səlahiyyətləri müvəqqəti olaraq, Afrika Futbol Konfederasiyasının prezidenti İssa Hayatu yerinə yetirir.

Yanvarın 11-də keçiriləcək "Qızıl top" sahibinin mükafatlandırılma mərasimində o, giriş sözlərini söyləyəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.