https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

Messi və Ronaldonun qıra bilmədiyi rekordlar

Messi və Ronaldonun qıra bilmədiyi rekordlar

Dünyanın ən yaxşı iki futbolçusu olaraq göstərilən Lionel Messi və Kriştiano Ronaldo zaman-zaman qırdıqları rekordlarla diqqət mərkəzinə düşür.

Qol.Az-ın məlumatına görə, hər iki futbolçunun Çempionlar Liqasında qıra bilmədiyi rekordlar da nəzərə çarpır.

Dünyanın məşhur idman portallarından olan "goal.com" da Messi və Ronaldonun Çempionlar Liqasında qıra bilmədikləri rekordları müəyyənləşdirib.

Messi və Ronaldonun Çempionlar Liqasında qıra bilmədiyi rekordlar:

- Çempionlar Liqasının finallarında ən çox qol vuran futbolçu "Real" (Madrid) klubunun əfsanəvi oyunçusu Alfredo di Stefanodur. O, turnirin final oyunlarında üst-üstə 7 dəfə fərqlənib. Messi (2009 və 2011) və Ronaldo (2008 və 2014) isə iki final görüşündə üst-üstə cəmi iki qol vura biliblər.

- Çempionlar Liqasının final oyununda ən çox qol vurmaq rekordu isə "Real" (Madrid) klubunun digər əfsanəvi futbolçusu Ferenç Puşkaşa məxsusdur. Macarıstanlı sabiq futbolçu 1960-cı ilin finalında "Ayntraxt"la görüşdə (7:3) poker edib.

- Nə Ronaldo, nə də Messi ÇL-in bir final matçında iki qol vura bilən oyunçular siyahısına belə düşməyib. Daniele Massaro ("Milan", 1994), Karl-Haynz Ridl ("Borussiya", Dortmund, 1997), Hernan Krespo ("Milan", 2005), Filippo İnzagi ("Milan", 2007), Dieqo Milito ("İnter", 2010) final oyunlarında dubl etməyi bacarıblar.

- Çempionlar Liqasında Ronaldo 81, Messi isə 77 qolla bombardirlər siyahısına başçılıq edirlər. Lakin onlar qrup mərhələsində ən çox qol vuran (53 qol) Madrid "Real"ının sabiq hücumçusu Raul Qonzalesin rekordunu yeniləyə bilməyiblər.

- Ronaldo iki fərqli komanda ("Mançester Yunayted" və "Real", Madrid) ilə Çempionlar Liqasının qalibi olub. Amma bu göstəricidə rekord Hollandiya milisinin sabiq yarımmüdafiəçisi Klarens Sidorfa məxsusdur. O, üç fərqli komanda - "Ayaks", "Real", (Madrid) və "Milan"la ÇL-i qazanmağa nail olub.

- Ronaldo və Messinin 6 fərqli komanda ilə Çempionlar Liqasında oynamış Zlatan İbrahimoviçin rekordunu qırmaları çətin görünür. İsveçli futbolçu "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan" və PSJ klublarının heyətində Çempionlar Liqasında mübarizə aparıb.

- Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu "Roma"nın kapitanı Françesko Tottidir. O, 38 yaşında ÇL-in qrup mərhələsində "Mançester Siti" ilə görüşdə fərqlənməklə sözügedən turnirdə qol vuran ən yaşlı futbolçu olub. Ronaldonun bu rekordu qırması üçün 2023-cü ilin 1 noyabrında, Messinin isə 2026-cı ilin 13 aprel tarixlərindən sonra qol vurmaları lazımdır.

- "Bavariya"nın hücumçusu Roy Makay Çempionlar Liqasında Madrid "Real"ı ilə matçın 10.12 saniyəsində fərqlənməklə turnirin ən erkən qoluna imza atıb. Ronaldo və Messi isə hələlik 4 dəqiqədən erkən fərqlənə bilməyiblər.

- Çempionlar Liqasında ən çox het-trik edən futbolçuların siyahısına Messi (5) başçılıq edir. Onu 4 het-triklə Ronaldo izləyir. Lakin onlar turnirin ən erkən het-trikinə imza atan "Lion"un sabiq hücumçusu Bafetimbiya Qomisin rekordunu yeniləyə bilməyib. Fransalı futbolçu 2011-ci ildə "Dinamo" (Zaqreb) ilə görüşdə 7 dəqiqədə het-trik etməklə turnirdə rekorda imza atıb.

- Çempionlar Liqasının 16 mövsümündə qol vurmağı bacaran "Mançester Yunayted"in canlı əfsanəsi Rayan Qiqqz bu göstəricidə zirvədə qərarlaşıb. Ronaldo və Messinin onun bu rekordunu yeniləyəcəyi asan görünmür.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.