- “525-ci qəzet” Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatından ayrı-ayrı hissələrin dərcini davam etdirir;
- "Əkizlər" - Kamran Nəzirlidən yeni hekayə;
- "Mən niyə yazıçı ola bilmədim..." - Leyla Hüseynbəyli İstanbuldan yazır;
- “Səsindən tanıdılar payızı...” - Səlim Babullaoğlu bu yaxınlarda işıq üzü görmüş yapon şeir antologiyasından söz açır;
- Arzu Hüseynin şeirləri;
- "Akademik yazı qaydaları nədir və onları bilmək niyə vacibdir?" - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudovanın elmi məqaləsi;
- “Ölümüm çiçəklədi” - Barat Vüsal şair Məmməd Dəmirçioğlu ilə bağlı xatirələrini danışır;
- "Əbdül Kərimin ilk cəhdi, yaxud “Baş tutmayan ziyarət” - Abid Tahirlinin Tanınmış ziyalı, Azərbaycan Xalq Cümhuriyyəti üçün önəmli simalardan olan Ceyhun Hacıbəylinin 125 illik yubileyi ilə bağlı yazısı;
- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər - Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun araşdırması;
- "Ağdamda nəyim qaldı?" - Əli Əmirlinin avtobioqrafik romanını hissə-hissə oxuculara təqdim etməkdə davam edirik;
- "Şeir kimi ölən şair" - Pərvin mərhum Xalq yazıçısı Vaqif Səmədoğlunu anır;
- "Sil gözün yaşın, Qaragilə..." - Aynur Bəşirli Vaqif Səmədoğlunun yaradıcılığına nəzər salır;
- "Ol!" - Musa Yaqub şair Əjdər Oldan danışır;
- Daha bir “Dünya ədəbiyyatı”;
- “Hamı gedir Mersinə, siz gedirsiniz tərsinə...” - Tofiq Məlikli;
- "Azərbaycan Milli Kitabxanası 2015-ci ildə" - M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov ötən il barədə hesabat verir;
- "Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları" - Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev Vilnüsdən məxsusi olaraq "525-ci qəzet" üçün yazır;
- Sahibkarlar dövlət siyasətinə dəstək verməlidir;
- Rəsmi Bakı Minsk Qrupu ilə bağlı tədbir görməlidir;
- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;
- və s.
BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN