- "Meteor" - “525-ci qəzet” Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” traktatından ayrı-ayrı hissələrin dərcini davam etdirir;
- "Qərbdə radikallaşma meyllərinin dünya nizamına təsiri" - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli Qərb və Şərqi müqayisə edir;
- “Mən burdayam, İlahi...” - Millət vəkili Elmira Axundovanın Vaqif Səmədoğluya xatirə-ithafı;
- "Həpimiz bir günəşin zərrəsiyiz!.." - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşri olan “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabı - “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” çapdan çıxıb. Akademik Kamal Abdullanın nəşrə yazdığı Önsözü oxuculara təqdim edirik.
- "Betərin də betəri..." - Emil Hacıyev - "525-ci qəzet" gəncləri tribunaya çıxarır - Qan Turalı və Kulis.az haqqında qeydlər - III Gənc Ədiblər Məktəbi;
- "Ədəbiyyatın və əbədiyyətin şəhidi" - Şair Vaqif Bayatlı Odər Mehdi Bəyaziddən söz açır;
- "Ürəkdəki çıraq" - Millət vəkili Rafael Hüseynov şair-alim Muxtar Abduyevdən danışır;
- "Əyriqarın qardaşı" - Şair İbrahimxəlil mərhum Xalq şairi Zəlimxan Yaqubu anır;
- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər - Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun araşdırması;
- "Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları" - Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev Vilnüsdən məxsusi olaraq "525-ci qəzet" üçün yazır;
- "Ağdamda nəyim qaldı?" - Əli Əmirlinin avtobioqrafik romanını hissə-hissə oxuculara təqdim etməkdə davam edirik;
- “Yaxşı ki, dünyada yaxşılar varmış...” - Filologiya üzrə elmlər doktoru Telman Cəfərov (Vəlixanlı) ədəbiyyatşünas Məmməd Qocayevin həyat və yaradıcılığına işıq tutur;
- "Oğuznamələrin tarixi və tipologiyası" - Əməkdar elm xadimi Kamran Əliyev folklorşünas Əfzələddin Əsgərin “Oğuz yaradıcılığı” monoqrafiyasını incələyir;
- "Qeyri-səlis məntiqin atası - Lütfi Zadə-95" - Ülkər Hüseynova və Mehparə Axundova oxuculara dünya şöhrətli azərbaycanlı alimin elmi fəaliyyətindən danışırlar;
- Ulucay Akifin şeirləri - III Gənc Ədiblər Məktəbi;
- "Dostumuzun şərəflə yaşanmış 50 yaşı";
- "Bir görüşün təəssüratı" - Bakı Ali Neft Məktəbinin II kurs tələbəsi Pakizə Paşayeva SOCAR prezidenti Rövnəq Abdullayevlə tələbələrin görüşündən söhbət açır;
- Gülsadə İbrahimlinin şeirləri;
- "Qərb humanitar fəlakət qarşısında acizdir" - Politoloqlar prezident İlham Əliyevin Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfrasında iştirakını şərh edirlər;
- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;
- və s.
BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN