“Xanım Viktoriya Nulandın AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin keçməməsi məsələsində rolunun olması araşdırılır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallströmlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın Vaşinqtondakı səfirliyinə məsələni araşdırmaq tapşırılıb: “Səfirlik araşdırır. Nəticə məlum olduqdan sonra açıqlama veriləcək”.