Avstraliya quraqlıqların yaşandığı Efiopiyaya 10 milyon dollar maliyyə yardımı ayıracaq.
AZƏRTAC xəbər verir ki, Avstraliyanın Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki səfirliyindən edilən yazılı şərhdə bir neçə aydır ki, bu ölkənin bəzi bölgələrində güclü quraqlığın olduğu bildirilib. Bunun üçün də Avstraliya Efiopiyaya 10 milyon dollar yardım ayıracaq.
Bildirilib ki, 2015-ci ilin əvvəlindən bu vaxtadək Avstraliya Efiopiyaya 16,4 milyon dollar maliyyə yardımı göstərib.
Şərhdə donor ölkələrin də Efiopiyadakı quraqlıqdan əziyyət çəkən təxminən 10,2 milyon insana qida yardımı göstərmək üçün hərəkətə keçmələri üçün çağırış edilib.
Qeyd edək ki, Efiopiya hökuməti dekabrda beynəlxalq cəmiyyətə ölkədə təsirli qıtlıq səbəbi ilə ola biləcək ölümlərin qarşısını almaq üçün 1,4 milyard dollar məbləğində kömək göstərmək barədə çağırış etmişdi.