Məlumat verildiyi kimi, 11-12 fevral 2016-cı il tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzinə media nümayəndələri üçün press-tur təşkil olunub.
Press-turun ikinci günü media nümayəndələri üçün Azərbaycanda ilk xizək məktəbinin təlimçiləri tərəfindən xizək dərsləri keçirilib.
Media nümayəndələri xüsusi xizək geyimi və xizək ləvazimatları ilə təmin olunublar.
Təlim zamanı xizəkdən istifadə qaydaları, xizək sürmənin ən asan və təhlükəsiz yolları öyrədilib, xizək enişi və yamacları barəsində məlumat verilib.
Qeyd edək ki,Azərbaycanda 2012- ildən fəaliyyətə başlayan ilk xizək məktəbində 40-dan çox ingilis,fransız, ispan,rus və türkdilli və yerli xizək müəllimi çalışır.
Həmçinin, media nümayəndələri kanat yolları haqqında məlumatlandırılmış və bu yollardan istifadə bileti ilə təmin olunublar.
Bu biletlər vasitəsilə Şahdağın yüksəkliklərinə qalxaraq, Turizm Mərkəzini, xizək enişlərini seyr ediblər.
Press-turun təşkil olunmasında əsas məqsəd “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, turizm obyektləri və turistlərə göstərilən xidmət haqqında ictimaiyyətə geniş məlumat verməkdir.