https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

Buffon bütün dövrlərin ən yaxşı qapıçısı seçildi

Buffon bütün dövrlərin ən yaxşı qapıçısı seçildi
Fransanın yüksək tirajlı “France Football” jurnalı dünya futbol tarixinin ən güclü qapıçısını müəyyən etməyə çalışıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, keçmiş SSRİ yığmasının əfsanəvi qolkiperi Lev Yaşin də ən yaxşılar arasında göstərilib.
 
24 min 548 azarkeşin iştirak etdiyi səsvermənin nəticəsinə görə, əksəriyyət Canluici Buffonu bütün dövrlərin ən güclü dəri əlcək sahibi hesab edir. İtaliya yığmasının və “Yuventus”un çərçivə qoruyucusu 44 faiz səs toplaya bilib.
 
İkinci yeri 17 faiz səslə Fransa millisinin unudulmaz qapıçısı Fabyen Bartes tutub. Lev Yaşin isə Almaniya millisinin sabiq qolkiperi Oliver Kanla birlikdə 3-cülüyü bölüşür.
 
Səsvermənin nəticəsi belədir:

1. Canluici Buffon - 44% səs
2. Fabyen Bartez - 17%
3. Yev Yaşin, Oliver Kan - 7%
5. İker Kasilyas, Manuel Noyer - 6%
7. Edvin van der Sar - 3%
8. Peter Şmeyxel, Dino Zoff - 2%
10. Petr Çex, Sepp Mayer, Qordon Benks, Peter Şilton, Rikardo Zamora - 1%
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.