Aprelin 2-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı keçirdiyi təxribat nəticəsində, təmas xəttində başlayan toqquşmalar haqqında xəbərlər - İsveçin ən nüfuzlu gündəlik qəzetlərindən olan Svenska Dagbladet, Aftonbladet kimi nəşrlərin səhifələrində yer alıb.
Xəbərlərdə bildirilir ki, keçən günlər ərzində, Azərbaycan ərazisinin tərkib hissəsi sayılan Dağlıq Qarabağda - Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında şiddətli döyüşlər baş verib.
Bu hadisənin uzun çəkən münaqişə tarixində ən böyük toqquşma olduğu deyilən xəbərdə insan itkilərinin olduğu qeyd edilir.
Yayılan digər xəbərlərdə Azərbaycan hökumətinin birtərəfli qərarına əsasən Dağlıq Qarabağda toqquşmaların dayandırıldığı deyilir. Buna baxmayaraq döyüşlərin davam etdiyi də oxucuların diqqətinə çatdırılır.
AzərTAc