Ümumi təhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş və 2016-2017-ci tədris ilində ilk dəfə istifadəyə veriləcək dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir.
Təhsil Nazirliyindən verilən məlumata görə, artıq tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün tərtib edilmiş Azərbaycan dili (http://e-resurs.edu.az/…/b…/azerbaycan-dili-9-ru-derslik.pdf) dərsliyinin də layihəsi ictimai müzakirəyə çıxarılıb.
Beləliklə, ictimai rəyin öyrənilməsi məqsədilə www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilmiş dərslik layihələrinin sayı 23-ə çatıb. Onlar Ümumi tarix, Azərbaycan tarixi, Azərbaycan dili (tədris dili kimi), Kimya, Ədəbiyyat, Coğrafiya, Biologiya, İnformatika, Təsviri incəsənət, Musiqi, Texnologiya, Русский язык (tədris dili kimi), Русский язык (xarici dil kimi), Музыка, Литература, Технология, Həyat bilgisi, Riyaziyyat, Fizika, Fiziki tərbiyə, Alman dili, İngilis dili, Azərbaycan dili (tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) dərslik layihələrindən ibarətdir.
Dərslik layihələri ilə bağlı konkret faktlar göstərilməklə, təklif və iradların [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur.
Vəfa MƏMMƏDLİ