|
|
|
|
Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Kamal İltifat oğlu Həsənov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".