Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinə Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, müvafiq Protokol 2016-cı il 15 mart tarixində Ankarada imzalanıb.