Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirə aparıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici işlər nazirləri hazırkı mərhələdə ATƏT-in Minsk Qrupunun atacağı mümkün addımla barədə müzakirə aparıblar.