“Azərbaycan və Ermənistan prezidentləri Serj Sarkisyan və İlham Əliyev mayın 16-da Vyanada görüşə bilər”.
APA-nın xəbərinə görə, bunu “İnterfaks”a Ermənistandakı diplomatik mənbə bildirib. “İstisna deyil ki, prezidentlərin görüşü mayın 16-na təyin olunacaq”, - deyə mənbə qeyd edib.
Hələlik Ermənistanın rəsmi mənbələri prezidentlərin mümkün görüşü barədə şərh verməyib.