Kolumbiya Prezidenti Qustavo Petro İsrail ilə diplomatik əlaqələrin kəsilməli olduğunu bildirib.
525.az xəbər verir ki, müxalifətin İsrail ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı tənqidlərinə sosial media hesabında cavab verən Petro: "Soyqırım baş verən yerdə münasibətləri kəsməmək heç bir ləyaqətli insanın qəbul edə biləcəyi vəziyyət deyil. İnsanlığa qarşı cinayət törədilir və biz hamımız insanıq. İsrail ilə diplomatik əlaqələr kəsilməlidir", - deyib.
Qeyd edək ki, Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək, İsraillə diplomatik əlaqələri kəsdiyini rəsmən açıqlamışdı.
Məhəmməd Tağıyev