“ATƏT PA ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi səbəbilə ölən və yaralananların sayı azalacaq, tərəflər danışıqlar masası arxasına oturacaqlar”.
APA-nın “Regnum”a istinadən verdiyi məlumata görə, bu barədə ATƏT PA-nın sədri İlka Kanerva MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən iclasında deyib.
O, parlament diplomatiyasının gücünü qeyd edərək münaqişələrin həllində parlamentarilərin səylərinin artırılmasının vacibliyini qeyd edib.
İ. Kanerva məhz 1995-ci ildə Sankt-Peterburqdakı Tavrida sarayında Azərbaycan və Ermənistanın o vaxtkı prezidentləri arasında münaqişənin həllinə yönəlmiş razılaşmanın imzalandığını xatırladıb:
“Təəssüf ki, biz bu razılaşmaya əməl edilməsindən daha çox uzaqlaşırıq. Dağlıq Qarabağda münaqişə zonası böyüyür, hərbi əməliyyatlar zamanı ölənlərin sayı artır. MDB-dən olan bütün həmkarlarımı münaqişənin dayandırılması və Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin tapılması işində birgə səy göstərməyə çağırıram”.