1898-ci il, 2 avqust Azərbaycan kinosunun yarandığı gündür.
525.az-ın məlumatına görə, həmin gün Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film (“İlişdin”) nümayiş olunub.
Heydər Əliyevin “Azərbaycan kinosu gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli sərəncamına əsasən avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd olunur.