https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024

“Qarabağ” və “Qəbələ” hazırda Azərbaycan futbolunun taleyini həll edirlər”

“Qarabağ” və “Qəbələ” hazırda Azərbaycan futbolunun taleyini həll edirlər”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev avrokuboklarda mübarizəni davam etdirən klublarımızın - “Qarabağ” və “Qəbələ”nin qarşıdakı matçları haqda danışıb.

525.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis hər iki klubumuzun mərhələ adlamasını istədiyini söyləyib:

“Çox istəyirəm ki, həm “Qarabağ”, həm “Qəbələ” mərhələ adlasın. Bu, təkcə adıçəkilən komandaların yox, bütün klubların, Azərbaycan futbolunun xeyrinə olacaq. Klublarımızın Avropadakı uğuru futbolumuzun inkişafına müsbət təsir edəcək. Klub rəhbərlərinin futbola baxışı da yaxşıya doğru dəyişəcək.

Ürəyimiz də, canımız da hazırda “Qarabağ” və “Qəbələ”nin yanındadır. “Qarabağ” və “Qəbələ” indi təkcə özlərinin deyil, ümumiyyətə Azərbaycan futbolunun taleyini həll edirlər.
 
Çox istəyirik ki, “Qarabağ” “Viktoriya Plzen”, “Qəbələ” isə “Lill” oyunda uğurlu çıxış etsin. İnanıram ki, klublarım bizi sevindirəcəklər. Onların mərhələni keçmək şansları rəqibdən daha çoxdur”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.