https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024

Alpaqut idman növü İsraildə də inkişaf etdiriləcək

Alpaqut idman növü İsraildə də inkişaf etdiriləcək

Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalovla "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və İsrail dövlətləri arasında dostluq, idman, ictimai və s. sahələrdə əlaqələrin əhəmiyyəti və gələcək perspektivləri barədə müzakirələr olub.

Lev Spivak rəhbəri olduğu təşkilat tərəfindən gələcəkdə İsrail mediasının Alpaqut döyüş sənətinin təbliğinə və inkişafına xüsusi diqqət ayıracaqlarını bildirib. Bu idman növünün İsraildə də inkişaf etdirilməsi üçün bir sıra addımlar atacaqlarını söyləyib.

Qeyd edək ki, Alpaqut milli idman növüdür. Turan coğrafiyasında yaşayan türkdilli xalqların döyüş mədəniyyətlərindən götürülmüş, müasir dövrün şərtlərinə, idman qaydalarına uyğun sintezləşdirilmiş, ərsəyə gətirilmiş bir döyüş sənətidir. Sözün hərfi mənası "alp" "döyüşçü", "kut" "müqəddəs" deməkdir. "Müqəddəs döyüşçü" mənasını bildirir.

Türk döyüş sənəti olan Alpaqut artıq Türkiyə, Özbəkistan, Qazaxıstan, ABŞ, Kanada, Almaniya, Belçika, Çexiya, Rusiya, Gürcüstan, İran kimi ölkələrdə də inkişaf edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.