Brüsseldə Birləşmiş Krallığın Avropa İttifaqındakı daimi nümayəndəliyinin əməkdaşları arasında məyusluq hökm sürür.
2015-ci ildə Britaniya Xarici İşlər Nazirliyindən ölkənin 2017-ci ildə Avropa İttifaqına sədrliyi ilə əlaqədar 40-a yaxın əməkdaş Brüsselə ezam edilmişdi.
“Brexit”dən sonra onların 1 illik əməkləri nəticəsiz qalıb.
Hazırda Brüsseldə Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı yeni departament - DExEU yaradılıb.
Məlumatlarda daimi nümayəndəliyin əməkdaşlarını həmin departamentə yönləndirməyin çox çətin və məyusluq doğuran məsələ olduğu bildirilir.
AzərTAc