Avrokubokların III təsnifat mərhələsindən sonra dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb.
Qol.az-ın məlumatına görə, azərbaycanlı məşqçilərdən yalnız Qurban Qurbanovun adı siyahıda yer alıb.
“Qarabağ”ın çalışdırıcısı 1250 xalla 517-ci sıradadır.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk da ən yaxşı məşqçilərin sırasındadır. Ukraynalı mütəxəssis 1103 xalla 566-cı pillədə yer alıb.
Siyahıya 18 min 112 xalla “Barselona”nın ispaniyalı çalışdırıcısı Luis Enrike başçılıq edir. Xosep Qvardiola (“Bavariya”) 14 min 225 xalla 2-ci, Dieqo Simeone (“Atletiko”) isə 3 min 514 xalla 3-cüdür.