Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 10 avqust tarixinə vergi borcu olduğuna görə 289 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 2 vətəndaşı da var.
Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.